logo

Prokurorluq Xocavənd rayonundaki partlayış faktını araşdırır

12:32 10-02-2024 | icon 938
Prokurorluq Xocavənd rayonundaki partlayış faktını araşdırır

Fevralın 10-da saat 10:00 radələrində Xocavənd rayonunun Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması nəticəsində 1996-cı il təvəllüdlü Ələsgərov Samir Fizuli oğlu sağ əlindən xəsarət alıb.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, məsələ ilə bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.