logo

Azərbaycan Kuboku: "Qarabağ" yarımfinala vəsiqə qazanıb

22:44 08-02-2024 | icon 1092
Azərbaycan Kuboku: "Qarabağ" yarımfinala vəsiqə qazanıb

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.

YeniAvropa xəbər verir ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Sabah"ı qəbul edib. Qarşılaşma Bakı klubunun 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 25-ci dəqiqədə qonaqların heyətində Kristian da Silva açıb. Jarl Marqarita 27-ci dəqiqədə 2-ci topu ağdamlıların qapısından keçirib. Cəmi 3 dəqiqə sonra meydan sahibləri buraxılan qollardan birinin əvəzini çıxıblar. Hamidu Keyta adını tabloya yazdırıb. “Sabah” 58-ci dəqiqədə fərqi yenidən artırıb. Bu dəfə İshak Belfodil fərqlənib. “Köhlən atlar” 62-ci dəqiqədə Adama Diakabinin qolu ilə yenidən hesab arasındakı fərqi minimuma endiriblər. 69-cu dəqiqədə penaltini dəqiq yerinə yetirən İ.Belfodil son çempionu növbəti dəfə meydanın mərkəzinə dəvət edib. Matçda son nöqtəni isə 74-cü dəqiqədə avtoqol müəllifi olan Maruan Hadudi qoyub.

“Qarabağ”ın heyətində Riçard Almeyda 78-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

İlk oyunda rəqibini 7:1 hesabı ilə məğlub edən "Qarabağ" yarımfinalın növbəti iştirakçısı olub. Komanda bu raundda "Neftçi" - "Sumqayıt" cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, ilk yarımfinalçı "Səbail"ə 3:0 hesabı ilə qalib gələn “Zirə” olub. 1/4 final mərhələsinin digər cavab oyunları isə fevralın 9-da keçiriləcək. “Qəbələ” öz meydanında “Araz-Naxçıvan”la, “Neftçi” isə “Sumqayıt”la qarşılaşacaq.