logo

Dənizkənarı Milli Parkda İlham Əliyevin seçkilərdə qələbəsi münasibətilə yürüş keçirilir

22:12 07-02-2024 | icon 1043
Dənizkənarı Milli Parkda İlham Əliyevin seçkilərdə qələbəsi münasibətilə yürüş keçirilir

Növbədənkənar prezident seçkilərindən sonra Dənizkənarı Milli Parkda prezident İlham Əliyevin seçkilərdə inamlı qələbəsi münasibətilə yürüş keçirilir.

YeniAvropa xəbər verir ki, yürüşdə minlərlə vətəndaş iştirak edir.

Tədbirə qazilər, müharibə veteranları, şəhid ailələrinin üzvləri, Azərbaycanın Xalq və Əməkdar artistləri qatılıblar.

Heydər Əliyev prospektindən başlayan yürüş Dənizkənarı Milli Park istiqamətində davam edir.