logo

AFFA rəsmiləri Millətlər Liqasının püşkatmasında iştirak edəcəklər

13:13 07-02-2024 | icon 665
AFFA rəsmiləri Millətlər Liqasının püşkatmasında iştirak edəcəklər

Fevralın 8-də Fransanın paytaxtı Parisdə UEFA Millətlər Liqasının 2024/2025-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək.

YeniAvropa AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə milli assosiasiyanın vitse-prezidentləri Elşad Nəsirov və Vaqif Sadıqov, baş katib Sərxan Hacıyev, Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli və İcraiyyə Komitəsinin protokolu Orxan Əhmədov iştirak edəcəklər.

Bakı vaxtı ilə saat 21:00-da başlayacaq püşkatmada Azərbaycan millisinin də rəqibləri bəlli olacaq.