Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir
Fevralın 7-də səhər saat 8:00-da ölkəmizin bütün suveren ərazisində Azərbaycan Respublikası Prezidentinin seçkiləri başlayıb. Prezident postu uğrunda 7 namizəd mübarizə aparır.
YeniAvropa xəbər verir ki, səsvermə 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsində keçirilir. Bu məntəqələrdən 6319-u daimi, 218-i isə Azərbaycanın xarici ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərində, hərbi hissələrdə, islah-əmək və sanator-müalicə müəssisələrində, Xəzər dənizində və dünya sularında Azərbaycanın Bayrağı altında üzən gəmilərdə yaradılmış məntəqələrdir.
Ümumilikdə 6 milyon 524 min 203 seçki bülleteni çap edilib.
Dairə seçki komissiyalarının hamısı kompüterləşdirilib və digər lazımi avadanlıqla təmin olunub. Səsvermə günü Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin informasiya zalından seçkilərin gedişinə dair operativ məlumatlar yayımlanacaq.
Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar MSK-nın rəsmi internet səhifələrinə (www.msk.gov.az; www.cec.gov.az; www.infocenter.gov.az) qoşulub. Bu kameralar vasitəsilə seçki məntəqələrində səsvermənin gedişini (səsvermə kabinəsində bülletenlərin doldurulması prosesi istisna olmaqla) əvvəldən axıradək Mərkəzi Seçki Komissiyasının internet saytlarında izləmək mümkündür. Veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı mətbuatda dərc olunub və MSK-nın internet səhifələrində yerləşdirilib.
Hazırda Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 6 milyon 478 min 623 nəfərdir.
Seçki prosesini 790 beynəlxalq müşahidəçi izləyir. Onlar 72 beynəlxalq təşkilatı və 89 ölkəni təmsil edirlər. Yerli müşahidəçilərin ümumi sayı isə 89 min 366-dır.
Seçkiləri 109 beynəlxalq media qurumunun 216 təmsilçisi işıqlandırır.
Səsvermə saat 19:00-da başa çatacaq.
Norveçli səyyahlar Şuşaya səfər ediblər
NATO-nun baş katibi Ukrayna üçün 100 milyard toplamağı təklif edir
Sabah Bakıda arabir yağış yağacaq,22° isti olacaq
Özbəkistan prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
Bakıda Azərbaycan-Ukrayna əməkdaşlığı müzakirə olunub
İlham Əliyev Rusiyanın Federasiya Şurasının sədr müavinini qəbul edib
Antalya 2 milyondan artıq turistlə yeni rekorda imza atıb
Samir Şərifov Tbilisidə Asiya İnkişaf Bankının illik toplantısında iştirak edir
AQTA Sabirabadda nöqsanlı pendir sexini bağlatdırıb
Konfrans Liqası 1/2 final:Bu gün “Aston Villa” “Olimpiakos”u, “Fiorentina” isə “Brügge” qəbul edir
UEFA Avropa Liqasının yarımfinalı: “Roma”-“Bayer”, “Marsel”-“Atalanta”
Dini liderlərin Qarabağa səfəri başlayıb
İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Bakıda İƏT ölkələrinin turizm operatorlarının forumu keçirilir
Bakının mərkəzində bu gün su olmayacaq
Neftçilər prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 86,63 dollara satılır
Faktiki hava:Küləkli hava sabah axşamadək davam edəcək
Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb
Tovuz rayonunda yük maşını körpüdən çaya aşıb
İlham Əliyev Rusiyanın baş ravvinini qəbul edib
Rusiyadan idxal olunan kartofda zərərli orqanizm aşkarlanıb
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlərin 5-ci görüşü keçirilir