Dünyanın 80-dən çox QHT-sinin iştirakı ilə COP29-la bağlı Qlobal Məsləhətləşmə görüşü keçirilib
“Sağlamlığa Xidmət” İctimai Birliyi tərəfindən “Vətəndaş cəmiyyəti təşkilatları COP29-da necə iştirak edə bilər” adlı qlobal məsləhətləşmə görüşü təşkil olunub.
YeniAvropa xəbər verir ki, onlayn formatda keçirilən görüşdə dünyanın müxtəlif ölkələrindən - ABŞ, Kanada, Böyük Britaniya, Moldova, Rusiya, Albaniya, Pakistan, Hindistan, Banqladeş, Nigeriya, Keniya, Zimbabve, Botsvana, İndoneziya, Çad və s., o cümlədən, Azərbaycandan, ümumilikdə 80-ə yaxın ekoloji və səhiyyəyönümlü QHT nümayəndəsi, iqlim mütəxəssisləri, universitetlər, beyin mərkəzlərinin nümayəndələri qatılaraq Azərbaycanda keçiriləcək BMT-in İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı gözləntiləri barədə öz fikirlərini bölüşüblər.
Görüş zamanı “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva QHT-lərin COP tədbirlərində iştirakı üçün zəruri olan qeydiyyat məsələlərinə aydınlıq gətirərək, təşkilatların tədbir çərçivəsində aparılan iqlim dəyişikliyi üzrə danışıqlara verə biləcəyi töhfədən və iştirak üçün vacib olan müşahidəçi statusu almaq prosedurlarından danışıb.
Görüşdə, həmçinin Böyük Britaniyada fəaliyyət göstərən su, enerji və icmalar sahəsində dünyanın ən böyük problemlərini həll etmək üçün həll yolları təklif edən qlobal, multidisiplinar peşəkar xidmətlər şəbəkəsi GHD-in baş mütəxəssisi xanım Kripa Dwarakanath iştirak edərək COP28 və gələcək perspektivlər barədə təqdimatla çıxış edib, ölkələrin dayanıqlılıq üzrə maliyyə yatırımlarının artırılmasının milli müəyyən olunmuş töhfələrin (MMT) yerinə yetirilməsində böyük rol oynadığını bildirib.
Səhiyyə və ətraf mühit məsələləri üzrə ixtisaslaşmış Qlobal beyin mərkəzi AHOA- Afrihealth Optonet Assosiasiyanın rəhbəri Uzodinma Adirieje görüşdə çıxış edərək bildirib ki, COP29-a gedən yolda QHT-lərin bir platforma altında birləşərək ümumi prosesə dəstək verməsi məqsədəuyğun olardı. İqlim dəyişikliyindən ən çox əziyyət çəkən (loss and damage suffered countries) ölkələrin nümayəndələrinin tədbirdə və danışıqlarda iştirakı üçün imkanlar yaradılmalıdır.
COP29-da iştirak edəcək nümayəndə heyətinin tərkibində inklüzivlik nəzərə alınmalıdır, burada gənclərin, qadınların, həmçinin əlilliyi olan şəxslərin, yerlilərin (indigenous people) iştirakı təmin edilməlidir.
QHT-lərin növbəti COP-la bağlı Qlobal Məsləhətləşmələrin hər ay keçirilməsinə və tədbir hesabatının hazırlanaraq COP29 prezidentinə təqdim olunmasına qərar verilib. Tədbirdə yayımlanan Azərbaycan barədə tanıtım videoçarxı iştirakçıların rəğbətinə səbəb olub.
Tədbir iqlim dəyişikliyi üzrə ekspertlərin, vətəndaş cəmiyyəti təşkilatı nümayəndələrinin COP29-dan gözləntiləri barədə çıxışlarla davam edib.
Azərbaycan-Pakistan ədəbi əlaqələri konfransda müzakirə edilir
İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib
Paytaxtda xadimə mənzildən 60 min manatlıq zinət əşyaları oğurlayıb
Şəhriyar Məmmədyarov Almaniya çempionu olub
İrandan Azərbaycana 6 kq narkotika keçirmək istədilər
Azərbaycan Ordusunda "Ən yaxşı snayper" yarışı keçirilib
İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 120 nəfər saxlanılıb
Xırdalanda arvadını öldürən kişi saxlanılıb
Daha 39 ailə Füzuliyə köçürülüb
Sabah Bakıda 30° isti olacaq
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib
Bu gün 20 minədək bakalavr magistraturaya imtahan verir
Ağdamda qreyder minaya düşüb,sürücü ayağından xəsarət alıb
Cüdoçumuz Elcan Hacıyev də Avropa çempionu olub
Alkoqolun təsiri altında tanışını öldürüb, həyətdə basdırdı
Laçın Ukraynanın İrpen şəhəri ilə qardaşlaşacaq
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
Azərbaycan Qırğızıstana neft məhsulları ixrac edəcək
Hidayət Heydərov dördqat Avropa çempionudur
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
Moskva Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır-Peskov
“Koroğlu”da narkokuryerdən 2 kq-dan çıx nakotika götüülüb
Monteneqro prezidenti Sahibə Qafarova ilə görüşüb