logo

Azərbaycan sahibkarları "UzBuild 2024" sərgisinə dəvət olunur

15:35 05-02-2024 | icon 1498
Azərbaycan sahibkarları "UzBuild 2024" sərgisinə dəvət olunur

Azərbaycan sahibkarları 27 fevral – 1 mart tarixlərində "lteca Exhibitions" və "ICA Eurasia Group"un birgə təşkilatçılığı ilə Daşkənd şəhərində keçiriləcək "Tikinti – UzBuild 2024" 25-ci Yubiley Özbəkistan Beynəlxalq İnşaat Sərgisinə dəvət olunur.

YeniAvropa xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.

Məlumata görə, builki sərgiyə Türkiyə, ABŞ, Hindistan, Çin, Koreya, Almaniya, İspaniya, İtaliya, Avstriya, Finlandiya, Danimarka, Niderland, İsveçrə, Polşa, Qazaxıstan, Qırğızıstan, İran, Rusiya və digər ölkələrdən 400-ə yaxın şirkət qatılacaq. "UzBuild 2024"də tikinti materialları sənayesində yeniliklər və ən son texnologiyalar, müasir tikinti texnikası, inşaat məhsulları və xidmətləri nümayiş olunacaq.

Sərgi çərçivəsində tikinti texnologiyaları və avadanlıqları üzrə ixtisaslaşmış bölmə – "BuildTech" və Beynəlxalq İnşaat Sənayesi Konfransı – ICCI keçiriləcək.