logo

Bakıda qanunsuz silah gəzdirən şəxs saxlanılıb

11:55 03-02-2024 | icon 980
Bakıda qanunsuz silah gəzdirən şəxs saxlanılıb

Üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Kürdəmir rayon sakini, 1968-ci il təvəllüdlü Pünhan İmanov Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində saxlanılıb.

Daxili İşlər nazirliyinin mətbaut xidmətindən YeniAvropa-ya verilən məlumata görə, ondan 1 “Makarov” markalı tapança, 1 patron darağı və 7 patron aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.