logo

AZAL Bakı-Naxçıvan reysinə aviabiletləri öncədən almağı tövsiyə edir

16:32 02-02-2024 | icon 966
AZAL Bakı-Naxçıvan reysinə aviabiletləri öncədən almağı tövsiyə edir

Bakı və Naxçıvan arasında aviadaşımalara olan tələbatın gözlənilən artımını nəzərə alaraq “Azərbaycan Hava Yolları” QSC aviaşirkəti bu istiqamətdə səfər etməyi planlaşdıran bütün sərnişinlərə aviabiletləri əvvəlcədən əldə etməyi məsləhət görür.

AZAL-dan YeniAvropa-ya bildirilib ki, aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, yenilənmiş mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.

Aviaşirkət www.azal.az saytından aviabiletlərin əldə edilməsi haqqında ətraflı məlumatı özündə əks etdirən video-təlimat hazırlayıb. Video-təlimatla bu linkə keçid alaraq tanış ola bilərsiniz: https://youtu.be/9PiPTkNkBSU.