logo

Prezident seçkilərində Şuşada mindən artıq seçici səs verəcək

12:45 02-02-2024 | icon 994
Prezident seçkilərində Şuşada mindən artıq seçici səs verəcək

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Şuşada 1 189 nəfər seçici səs verəcək.

YeniAvropa xəbər verir ki, bu barədə 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd dairə seçki komissiyasının Şuşa şəhərindəki 105 saylı seçki məntəqəsinin katibi Elnur Məhərrəmov məlumat verib.

O bildirib ki, artıq seçicilərin ünvanlarına bildirişlərin çatdırılması prosesi başa çatıb.