Azərbaycan Cüdo Federasiyası(ACF) Bakıda keçiriləcək “Böyük Dəbilqə” turnirinin rəsmi posterini təqdim edib.
ACF-dən YeniAvropa-ya verilən məlumata görə, Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda 60-dan çox ölkədən 400-dən artıq idmançının iştirakı gözlənilir.
"Dünya Cüdo Turu" seriyasına daxil olan “Böyük Dəbilqə” fevralın 16-18-də baş tutacaq.
Biletləri www.iticket.az saytından əldə etmək mümkündür.