logo

Türkiyə qlobal güc olmaq istiqamətində irəliləyir-Ərdoğan

16:52 30-01-2024 | icon 1211
Türkiyə qlobal güc olmaq istiqamətində irəliləyir-Ərdoğan

Türkiyə indi yeni dünya nizamına hazırlaşır.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf (AK Parti) partiyasının “Seçim Bəyannaməsinin tanıdılma mərasimi”ndə çıxışı zamanı deyib.

"Biz artıq nəinki regional gücük, həm də qlobal güc olmaq istiqamətində irəliləyirik. Çünki biz həm də ölkəmizin gələcəyinə görə məsuliyyət daşıyırıq”, - deyə o bildirib.

R.T.Ərdoğan qeyd edib ki, Türkiyə dünyadakı əksər toqquşmaların mərkəzindədir: “Belə olan halda mövcud problemləri həll etmək o qədər də asan deyil. Amma biz bunun üçün çalışırıq”.