logo

“Qarabağ”ın Avrliqadakı rəqibi “Braqa” ölkə kubokunu qazanıb

12:12 28-01-2024 | icon 1897
“Qarabağ”ın Avrliqadakı rəqibi “Braqa” ölkə kubokunu qazanıb

“Braqa” və “Eştoril” komandaları arasında Portuqaliya Liqa Kubokunun final matçı keçirilib.

YeniAvropa xəbər verir ki, oyun Leyria şəhərindəki “Maqalayş Pessoa” stadionunda baş tutub.

Matçın əsas vaxtı 1:1 hesabı ilə heç-heçə başa çatıb. “Braqa” penaltilər seriyasında qalib gəlib (5:4) və kuboku qazanıb.

Altıncı dəqiqədə qonaqların braziliyalı hücumçusu Kassiano penaltidən hesabı açıb. 20-ci dəqiqədə Rodriqo Zalazarın dəqiq ötürməsi sayəsində Rikardo Orta tarazlığı bərpa edib.

Penaltilər seriyasında “Braqa” oyunçuları beş dəqiq cəhddən beşini qola çevirə bilib.

“Braqa” tarixində üçüncü dəfə (2013, 2020 və 2023) Liqa Kubokunu qazanıb və daha iki dəfə (2017, 2021) finalda məğlub olub. “Eştoril” ilk dəfə bu turnirin finalında çıxış edib.

Xatırladaq ki, fevralın 15-də “Qarabağ” Avropa Liqasının pley-off mərhələsi çərçivəsində səfərdə “Braqa” ilə qarşılaşacaq. Ondan bir həftə sonra isə Bakıda cavab qarşılaşması keçiriləcək. Cütün qalibi turnirin 1/8 finalına vəsiqə qazanacaq.