logo

AŞPA-nın qərəzli addımını qətiyyətlə pisləyirik-Ceyhun Bayramov

12:52 27-01-2024 | icon 875
AŞPA-nın qərəzli addımını qətiyyətlə pisləyirik-Ceyhun Bayramov

Biz bir neçə gün bundan öncə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) ölkəmizə qarşı atılan tamamilə qərəzli və qəbul edilməyən addımı qətiyyətlə pisləyirik. Bununla bağlı Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti də çox açıq şəkildə etirazını ifadə edib.

YeniAvropa xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin rəsmi mövqeyi qurum üzvlərinin diqqətinə çatdırılıb.

“Azərbaycana qarşı belə bir qərəzli münasibətin əsas səbəbi məhz ölkəmizin öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə bağlıdır. Açıq deməliyik ki, ölkəmizdəki proseslərlə bağlı Avropa Şurası Parlament Assambleyasının müxtəlif rəyləri hər zaman mövcud idi. Azərbaycan nümayəndə heyəti də buna uyğun olaraq adekvat mövqe ifadə edirdi. Baş tutan müzakirələrdə hər hansı məsələlərlə bağlı razılaşmanın əldə edilib-edilməməsi halları da yaşanırdı. Ancaq