logo

Ermənistan sülh müqaviləsi  üzrə təkliflər paketini Bakıya təqdim edib

12:12 27-01-2024 | icon 1806
Ermənistan sülh müqaviləsi  üzrə təkliflər paketini Bakıya təqdim edib

Yanvarın əvvəlində biz Ermənistan tərəfindən sülh müqaviləsi üzrə növbəti təklifləri əldə etmişik.

YeniAvropa xəbər verir ki,  bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir qeyd edib ki, hazırda Azərbaycan tərəfi prosedura uyğun olaraq həmin paket üzrə öz daxili işlərini həyata keçirir. Hesab edirəm ki, növbəti həftələr ərzində böyük ehtimalla bizim tərəfimizdən Ermənistana cavab təqdim olunacaq.

Bildiyiniz kimi, sülh müqaviləsi üzrə danışıqlar həm də birbaşa görüşlər vasitəsilə aparılır.