logo

Portuqaliya "Qran Pri"si: Cüdoçularımız 3 medal qazanıb

09:47 27-01-2024 | icon 1372
Portuqaliya "Qran Pri"si: Cüdoçularımız 3 medal qazanıb

Azərbaycanın cüdo millisi Portuqaliyanın Odivelaş şəhərində cüdo üzrə Qran-pri turnirinin ilk gününü 3 medalla başa vurub.

YeniAvropa xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Turan Bayramov bürünc medal uğrunda görüşdə qalib gəlib. 66 kiloqram çəkidə isə Azərbaycanın iki üzvü fəxri kürsüyə qalxıb. Yaşar Nəcəfov finalda Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında çıxış edən Yaqo Abuladzeyə uduzaraq, fəxri kürsünün ikinci pilləsində yer alıb. Kamran Süleymanov isə bürünc mükafatçı olub.

Yığmanın digər üzvləri Balabəy Ağayev (60 kiloqram), Könül Əliyeva (48 kiloqram), Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kiloqram), Fidan Əlizadə və Açeliya Toprak (hər ikisi 57 kiloqram) turniri medalsız başa vurublar.

Qeyd edək ki, Qran-priyə yanvarın 28-də yekun vurulacaq.