logo

Azərbaycan Rusiyaya daha 18 ton yumurta göndərib

15:55 26-01-2024 | icon 2387
Azərbaycan Rusiyaya daha 18 ton yumurta göndərib

Azərbaycan Rusiyaya 306 min ədəd yumurta tədarük edib.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

Bildirilir ki, yanvarın 26-da Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Azərbaycandan Rusiyaya daha 18 ton (306 min ədəd) yumurta gətirilib. Bununla da ölkəmizdən Rusiyaya ümumilikdə 4,5 milyon ədəd yumurta ixrac edilib.

“Rosselxoznadzor”un məlumatında o da qeyd olunub ki, Türkiyədən isə Rusiyaya indiyədək 1,5 milyon ədəd yumurta göndərilib.