Zəngilanda ekoloji məsələlər üzrə işçi qrupun iclası keçirilir
Yanvarın 26-da Zəngilan şəhərində yerləşən Konqres Mərkəzində Ekoloji məsələlər üzrə işçi qrupun bu il üçün ilk iclası keçirilir.
YeniAvropa xəbər verir ki, işçi qrupun iclasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi, Ekoloji məsələlər üzrə işçi qrupun üzvü Nərgiz Qaracayeva və işçi qrupun digər üzvləri iştirak edirlər.
İclasda Cəbrayıl rayonunda kəhrizlərin bərpası yolu ilə ətraf mühitin dayanıqlı inkişaf həlləri, Şərqi Zəngəzur iqtisadi rayonunun sosial-iqtisadi inkişafında ekoloji amillərin qiymətləndirilməsi, Azərbaycan-Türkiyə əməkdaşlığı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə meşəçilik sahəsində görülmüş işlər, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında bərpa-quruculuq, layihələrinin icrası zamanı ekoloji dayanıqlılığın təmin olunması, işğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarının idarə olunması, hidrometeoroloji müşahidə şəbəkəsinin bərpası və yenidən qurulması məsələləri müzakirə edilir.
Həmçinin Zəngilan və Cəbrayıl rayonlarının su təchizatı sistemləri, Şərqi Zəngəzur iqtisadi rayonunda yol-tikinti layihələri, ərazidə mövcud mineral xammal yataqlarının vəziyyəti və istifadə perspektivləri, işğaldan azad edilmiş ərazilərdə ekoloji mühitin bərpası prosesi ərazi planlaşdırılması aspektləri, ekoloji qiymətləndirmə və yaşıllaşdırma layihələri üzrə aparılan minatəmizləmə fəaliyyəti haqqında məsələlər ətrafında müzakirə aparılır.
Azərbaycan-Pakistan ədəbi əlaqələri konfransda müzakirə edilir
İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib
Paytaxtda xadimə mənzildən 60 min manatlıq zinət əşyaları oğurlayıb
Şəhriyar Məmmədyarov Almaniya çempionu olub
İrandan Azərbaycana 6 kq narkotika keçirmək istədilər
Azərbaycan Ordusunda "Ən yaxşı snayper" yarışı keçirilib
İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 120 nəfər saxlanılıb
Xırdalanda arvadını öldürən kişi saxlanılıb
Daha 39 ailə Füzuliyə köçürülüb
Sabah Bakıda 30° isti olacaq
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib
Bu gün 20 minədək bakalavr magistraturaya imtahan verir
Ağdamda qreyder minaya düşüb,sürücü ayağından xəsarət alıb
Cüdoçumuz Elcan Hacıyev də Avropa çempionu olub
Alkoqolun təsiri altında tanışını öldürüb, həyətdə basdırdı
Laçın Ukraynanın İrpen şəhəri ilə qardaşlaşacaq
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
Azərbaycan Qırğızıstana neft məhsulları ixrac edəcək
Hidayət Heydərov dördqat Avropa çempionudur
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
Moskva Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır-Peskov
“Koroğlu”da narkokuryerdən 2 kq-dan çıx nakotika götüülüb
Monteneqro prezidenti Sahibə Qafarova ilə görüşüb