logo

İlham Əliyev Avstraliyanın  milli bayramını təbrik edib

11:33 26-01-2024 | icon 1603
İlham Əliyev Avstraliyanın  milli bayramını təbrik edib

Prezident İlham Əliyev Avstraliya İttifaqının general-qubernatoru Devid Con Hörliyə təbrik məktubu ünvanlayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir: "Hörmətli cənab general-qubernator,

Avstraliya İttifaqının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Avstraliya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına firavanlıq və rifah arzulayıram".