logo

Qazaxıstan Azərbaycana 19 seçki müşahidəçisi göndərir 

22:55 24-01-2024 | icon 721
Qazaxıstan Azərbaycana 19 seçki müşahidəçisi göndərir 

Qazaxıstanın Mərkəzi Seçki Komissiyası(MSK) Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə göndərilən müşahidəçilərin siyahısını təsdiqləyib.

YeniAvropa xəbər verir ki, bu barədə Qazaxıstan MSK-nın mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, siyahıya 19 nəfər daxildir.

Bildirilib ki, onların arasında Qazaxıstan MSK-nın sədri Nurlan Abdirov da var.

Xatırladaq ki, Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.