logo

İbrahim Rəisi Türkiyəyə rəsmi səfərə gəlib

17:17 24-01-2024 | icon 637
İbrahim Rəisi Türkiyəyə rəsmi səfərə gəlib

Bu gün İran prezidenti Seyid İbrahim Rəisi Türkiyəyə rəsmi səfərə gəlib.

YeniAvropa xəbər verir ki, səfər zamanı ikitərəfli və heyətlər arasında görüşlər keçiriləcək. Əsas gündəm mövzuları terrorla birgə mübarizə, İsrail-Fələstin və Rusiya-Ukrayna qarşıdurmalarıdır.

Səfər çərçivəsində Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclasının keçirilməsi, eləcə də iki ölkə arasında ticarət, iqtisadiyyat, mədəniyyət və elm kimi ayrı-ayrı sahələrdə sənədlərin imzalanması nəzərdə tutulur.

İki dövlət başçısının mediaya birgə açıqlama vermələri gözlənilir.