logo

Atıcılarımız Misirə Dünya Kubokuna yollanıblar

14:14 24-01-2024 | icon 1463
Atıcılarımız Misirə Dünya Kubokuna yollanıblar

Misirin paytaxtı Qahirə şəhərində bu gün start götürəcək Atıcılıq üzrə Dünya Kubokunda Azərbaycanı təmsil edəcək idmançılar müəyyənləşib.

Azərbaycan Atıcılıq Federasiyasından YeniAvropa-ya verilən məlumata görə, kişilər arasında Ruslan Lunyov 10 metr məsafədən pnevmatik tapança ilə atəş açma, 25 metr məsafədən tapança ilə sürətli atəş açma, qadınlar arasında Nigar Nəsirova 10 metr məsafədən pnevmatik tapança ilə atəş açma, 25 metr məsafədən standart tapança ilə atəş açma yarışlarında mübarizə aparacaq.

Bununla yanaşı, onlar pnevmatik tapança ilə 10 metr məsafəyə atəş açma üzrə qarışıq komanda yarışlarında da öz qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, Dünya Kubokuna fevralın 1-də yekun vurulacaq.