logo

Daha 30 ailə Füzuliyə yola salınıb

09:09 24-01-2024 | icon 1904
Daha 30 ailə Füzuliyə yola salınıb

Yanvarın 24-də respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb.

YeniAvropa xəbər verir ki, bu mərhələdə Füzuliyə daha 30 ailə (125 nəfər) köçürülüb.

Qeyd edək ki, indiyədək Füzuli şəhərində 470 ailənin (1750 nəfər) daimi məskunlaşması təmin edilib.