logo

Azərbaycan səfiri etimadnaməsini Moldova prezidentinə təqdim edib

20:20 23-01-2024 | icon 742
Azərbaycan səfiri etimadnaməsini Moldova prezidentinə təqdim edib

Azərbaycanın Moldovaya yeni təyin olunmuş səfiri Ülvi Baxşəliyev Moldova prezidenti Maya Sandu ilə görüşüb.

YeniAvropa xəbər verir ki, səfir etimadnaməsini Maya Sanduya təqdim edib.

Görüşdə Moldova və Azərbaycan arasında siyasi dialoqun, eləcə də ticari-iqtisadi sahədə əlaqələrin genişləndirilməsində hər iki tərəfin maraqlı olduğu vurğulanıb.

Görüş zamanı Azərbaycan-Moldova münasibətlərinin mövcud durumu, ikitərəfli və çoxtərəfli formatlarda inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Maya Sandu azərbaycanlı diplomatı Moldovaya səfir təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.