logo

Putinin Türkiyəyə səfəri yaxın zamanda baş tutacaq-Peskov

19:20 23-01-2024 | icon 1288
Putinin Türkiyəyə səfəri yaxın zamanda baş tutacaq-Peskov

Vladimir Putinin Türkiyəyə səfəri Rusiyada prezident seçkilərinə qədər baş tutacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, Vladimir Putinin Türkiyəyə səfəri seçkilərə qədər, Şimali Koreyaya isə seçkilərdən sonra planlaşdırılır.

Peskov əlavə edib ki, Türkiyəyə səfərin dəqiq vaxtı prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında razılaşma əldə edildikdən sonra elan olunacaq.

Qeyd edək ki, Türkiyə mətbuatı səfərin fevralın 12-də baş tutacağı barədə xəbərlər yayıb.