logo

Səməd Seyidov AŞ PA-nın vitse-prezidenti seçilib

22:12 22-01-2024 | icon 812
Səməd Seyidov AŞ PA-nın vitse-prezidenti seçilib

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı(AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞ PA-nın vitse-prezidenti seçilib.

YeniAvropa xəbər verir ki,  Assambleyada vitse-prezidentlər hər il sessiyanın ilk günü seçilirlər.

Vitse-prezidentlər növbəti ilin qış sessiyasına qədər vəzifələrində qalırlar.

Qeyde dək ki, AŞ PA-nın vitse-prezidentinin sayı hazırda on doqquzdur.Onlar qurumda təmsil olunan üzv ölkələrin nümayəndə heyətlərinin rəhbərləri arasında rotasiya qaydasında seçilirlər. 

Qeyd edək ki, Səməd Seyidov 2003-cü ildən isə AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəridir. O, bundan əvvəl daha 4 dəfə Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti olub.