logo

İlisu kəndində 10 sm qar yağıb

14:44 22-01-2024 | icon 637
İlisu kəndində 10 sm qar yağıb

Azərbaycanın şimal-qərb bölgəsi rayonlarında qeyri-sabit hava şəraiti davam edir. Yanvarın 22-si gecə saatlarından başlayaraq bölgənin dağlıq və dağətəyi ərazilərinə qar yağır.

YeniAvropa xəbər verir ki, Qax rayonunun dağlıq ərazisində yerləşən İlisu kəndində hazırda qar örtüyünün hündürlüyü 10 santimetr təşkil edir. Yağan qar sakinlər üçün ciddi problem yaratmayıb. Kəndin elektrik enerjisi və təbii qazla təchizatı normal qaydada davam edir.

Havaların qeyri-sabit keçməsi ilə əlaqədar Qax rayonunun yol təsərrüfatının işçiləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Avtomobil Yolları Dövlət Agentliyinin 13 nömrəli “Yol İstismar” MMC tərəfindən avtomobil yollarında nəqliyyatın fasiləsiz hərəkətinin təmin olunması üçün zəruri tədbirlər görülüb, avtomobil yolları texnikanın köməyi ilə qardan təmizlənib.

Hazırda rayonun dağlıq ərazilərində qar yağmaqda davam edir.