logo

Küveytli deputatlar Şəhidlər xiyabanını ziyarət ediblər

11:11 22-01-2024 | icon 672
Küveytli deputatlar Şəhidlər xiyabanını ziyarət ediblər

Yanvarın 22-də Küveyt Dövləti Milli Assambleyasının Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Məhəmməd Haif Əl-Muteyrinin başçılıq etdiyi nümayəndə heyəti Bakıda Şəhidlər xiyabanını ziyarət edib.

YeniAvropa xəbər verir ki, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib.