logo

Bakıda güclü külək əsir, Gədəbəydə qar yağır-Faaktiki hava

09:09 22-01-2024 | icon 2345
Bakıda güclü külək əsir, Gədəbəydə qar yağır-Faaktiki hava

Yanvarın 22-si saat 08:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir.

YeniAvropa xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Hazırda küləyin sürəti arabir 25-30 metr/saniyəyə çatır. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.8 metrdir.

Balakən, Quba, Qusar, Lənkəran, Lerik, Astara, Cəlilabad, Zaqatala, Şəki, Ağdam, Naftalan, Tərtərdə yağış, Gədəbəydə qar yağır.

Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti yanvarın 24-ü gündüzədək davam edəcək.