logo

Biləsuvarda dəm qazından kütləvi zəhərlənmələr olub

21:51 21-01-2024 | icon 1008
Biləsuvarda dəm qazından kütləvi zəhərlənmələr olub

Biləsuvar rayonunda 4 fərqli ünvanda dəm qazından kütləvi zəhərlənmə olub.

YeniAvropa xəbər verir ki, bu barədə Biləsuvar rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Zəhərlənənlərin hər birinə zəruri tibbi yardım göstərilib.

Dəm qazından zəhərlənən şəxslərin adları da məlum olub. Onlar Biləsuvar rayon sakinləri - 1980-ci il təvəllüdlü R.Babayeva, 2007-ci il təvəllüdlü E.Babayeva, 2010-cu il təvəllüdlü Z.Suvarlı, 1988-ci il təvəllüdlü G.Suvarova, 2015-ci il təvəllüdlü A.Suvarov, 2009-cu il təvəllüdlü F.Məmmədzadə, 2006-ci il təvəllüdlü M.Məmmədzadə, 1979-cu il təvəllüdlü L.Məmmədova, 2012-ci il təvəllüdlü Z.Məmmədova, 1997-ci il təvəllüdlü G.İbrahimova, 1969-cu il təvəllüdlü R.Əliyevadır.

Faktla bağlı araşdırmalar davam etdirilir.