logo

Faktiki hava:Dənizdə dalğanın hündürlüyü 2,8 metrə çatıb

20:40 21-01-2024 | icon 651
Faktiki hava:Dənizdə dalğanın hündürlüyü 2,8 metrə çatıb

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 21-i saat 20:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə olunur. Hazırda küləyin sürəti saniyədə 23-25 metrədək güclənib.

YeniAvropa xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O qeyd edib ki, dənizdə dalğanın hündürlüyü 2,8 metrə çatıb.

G.Məmmədovanın sözlərinə görə, küləkli hava şəraiti yanvarın 24-ü gündüzədək davam edəcək.