logo

Sumqayıt-Bakı marşrutu üzrə ekspres avtobuslar xəttə buraxılıb

15:30 21-01-2024 | icon 2149
Sumqayıt-Bakı marşrutu üzrə ekspres avtobuslar xəttə buraxılıb

Artıq bu gündən Sumqayıt-Bakı marşrut xətti üzrə ekspres avtobuslar sərnişinlərin xidmətindədir.

YeniAvropa xəbər verir ki, marşrut üzrə gediş haqqi 80 qəpik təşkil edir və ödəniş nağdsız həyata keçirilir.

Qeyd edək ki, “BakıKart”ın balansını artırmaq üçün həm Bakı Beynəlxalq Avtovağzal Kompleksi, həm də Sumqayıt avtovağzalında ödəniş terminalları yerləşdirilib. Sərnişinlər, həmçinin “BakıKart” mobil tətbiqi üzərindən QR kod vasitəsilə də ödənişlərini edə bilərlər.