logo

Polis əməliyyatı:Ötən gün 23 kq narkotika götürülüb

11:33 19-01-2024 | icon 903
Polis əməliyyatı:Ötən gün 23 kq narkotika götürülüb

Polis əməkdaşlarının yanvarın 18-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 23,2 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 18,9 kiloqramdan çox marixuana, 3,5 kiloqramdan artıq heroin, 50 qramdan çox tiryək, 720 qrama yaxın metamfetamin və 1765 metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.