logo

Xankəndi şəhərində silah-sursat aşkarlanıb

10:10 19-01-2024 | icon 721
Xankəndi şəhərində silah-sursat aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 18-də Xankəndi şəhəri ərazisində 1 ədəd qumbaraatan, 16 ədəd müxtəlif markalı avtomat, 4 ədəd tapança, 19 ədəd qumbara, 4 ədəd tüfəng, 131 ədəd patron darağı, 6463 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.