logo

Fransa Senatının qətnaməsi ikiüzlülüyün bariz nümunəsidir-Spiker

17:17 18-01-2024 | icon 847
Fransa Senatının qətnaməsi ikiüzlülüyün bariz nümunəsidir-Spiker

Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 18-də Qazaxıstanın səfiri Alim Bayel və Tacikistanın səfiri İlxom Abduraxmonla görüşlərində Fransa Senatının yanvarın 17-də Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnaməyə münasibət bildirib.

YeniAvropa xəbər verir ki, S.Qafarova dünyada ikili standartların mövcud olduğunu deyərək, bu gün Azərbaycanın qazandığı nailiyyətləri həzm edə bilməyən bəzi dövlətlərin ölkəmizə qarşı qərəzli, ədalətsiz mövqedən çıxış etdiklərini vurğulayıb. O deyib ki, Fransanın son dövrlərdə ölkəmizə qarşı mütəmadi hal alan davranışlarında bunu aydın şəkildə görmək mümkündür.

Milli Məclisin sədri Fransa Senatının sonuncu qətnaməsini ikiüzlülüyün bariz nümunəsi adlandırıb, Fransanın bu cür addımlar ilə beynəlxalq hüququn norma və prinsiplərinə də açıq hörmətsizlik nümayiş etdirdiyini diqqətə çatdırıb.