logo

Azərbaycanda dağ xizəyi üzrə beynəlxalq yarışlar keçiriləcək

10:50 18-01-2024 | icon 1512
Azərbaycanda dağ xizəyi üzrə beynəlxalq yarışlar keçiriləcək

Azərbaycan Qış İdman Növləri Federasiyasının 2023-cü ilin aprel ayında Beynəlxalq Xizək Federasiyasına (FIS) ünvanladığı müraciətə əsasən, “Şahdağ” Turizm Mərkəzində aparılan yamacların homoloqasiya prosesi (yoxlanışdan keçmə) başa çatıb.

FederasiyadanYeniAvropa-ya verilən məlumata görə, FIS tərəfindən təyin edilən ekspertlər vasitəsilə həyata keçirilən prosedurların nəticəsində mərkəzə homoloqasiya sertifikatı təqdim edilib.

Buna əsasən, Şahdağ Turizm Mərkəzinə dağ xizəyinin slalom, böyük slalom və super G növü üzrə beynəlxalq yarışların keçirilməsi hüququ verilib.

Eyni zamanda, bu, həmin yarışların Beynəlxalq Xizək Federasiyasının təqviminə əlavə edilməsi imkanı yaradır.

Qeyd edək ki, homoloqasiya xizək və snoubord idmançılarının ən yüksək səviyyələrdə çıxış edə biləcəyi məkanların inkişafının vacib aspekti hesab edilir. FIS yarışlarının keçirildiyi bütün yamacların homoloqasiyadan keçirilməsi vacib amildir.+