logo

Daha 30 ailə Füzuliyə köçürülüb

09:29 18-01-2024 | icon 819
Daha 30 ailə Füzuliyə köçürülüb

Yanvarın 18-də Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

YeniAvropa xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə - 127 nəfər köçürülüb.

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə bu gün Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bununla da indiyədək Füzuli şəhərində 410 ailənin (1519 nəfər) daimi məskunlaşması təmin edilib.