logo

“Kocaelispor” Ramil Şeydayevin transferini açıqlayıb

12:52 17-01-2024 | icon 1617
“Kocaelispor” Ramil Şeydayevin transferini açıqlayıb

Türkiyənin “Kocaelispor” klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin transferini açıqlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə I Liqa təmsilçisi sosial şəbəkə hesablarında məlumat paylaşıb.

Paylaşılan çanta şəklinin üzərində Azərbaycan bayrağı və yazısı əks olunub. Bununla da 28 yaşlı hücumçunun keçidinə işarə vurulub.

Qeyd edək ki, son olaraq Tailandın “Buriram Yunayted” klubunda çıxış edən Ramil Şeydayev artıq “Kocaelispor”un düşərgəsinə qoşulub.