logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb

09:46 17-01-2024 | icon 700
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 77 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin üstünün açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 69, o cümlədən borclu şəxs qismində axtarılan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.