logo

Qusar sakinindən 3,5 kq narkotika götürülüb

13:53 16-01-2024 | icon 693
Qusar sakinindən 3,5 kq narkotika götürülüb

Qusar rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Elvin Kərimovu saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, həmin şəxsin üzərindən 3,2 kiloqram marixuana və 300 qramdan artıq heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Elvin Kərimovun barəsində həbs qətimkan tədbiri seçilib.