logo

Milli Məclisdə 2024-cü ilin ilk komitə iclası keçirilir

11:11 16-01-2024 | icon 1589
Milli Məclisdə 2024-cü ilin ilk komitə iclası keçirilir

Yanvarın 16-da Milli Məclisdə 2024-cü ilin ilk komitə iclası keçirilir.

YeniAvropa xəbər verir ki, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yaz sessiyasında ilk iclasının gündəliyinə ötən ilin payız sessiyası dövründə görülən işlər barədə hesabat, cari ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi məsələləri daxil edilib.

Gündəlikdə, həmçinin birinci oxunuşda təqdim olunan “Media haqqında” Qanunun icrası ilə əlaqədar bəzi qanunlarda, həmçinin “Avtomobil yolları haqqında” Qanunda dəyişikliklərlə bağlı qanun layihələri yer alıb.