Ötən il Azərbaycanda inflyasiya 8,8 faiz olub?
Ötən il istehlak qiymətləri indeksi 2022-ci ilə nisbətən 108,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 109,6 faiz, qeyri-ərzaq məhsulları üzrə 108,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 108,2 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən YeniAvropa-ya bildirilib ki, dekabrda istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 102,1 faiz olub. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,0 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 100,8 faiz təşkil edib.
Ötən ilin dekabrında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma yumru düyünün, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, zeytun yağının, narın, naringinin, üzümün, heyvanın, xurmanın, almanın, bananın, qozun, fındığın, xiyarın, pomidorun, sarımsağın, soğanın, balqabağın, limonadın, ucuzlaşma isə əsasən qarabaşaq və manna yarmasının, çörəyin, mal və qoyun ətinin, kəsmiyin, süfrə marqarininin, qarğıdalı və günəbaxan yağlarının, portağalın, limonun, kələmin, yerkökünün, çuğundurun, kartofun, şəkər tozunun qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ötən ilin dekabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 102,7 faiz təşkil edib. 2023-cü ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 103,7 faiz olub.
Bundan başqa, dekabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən taksi nəqliyyatı ilə şəhərdaxili sərnişindaşıma xidmətlərinin və istirahət turlarının qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Xankəndi şəhər prokurorluğu yaradılır
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Sabah Bakıda arabir yağış yağacaq, 21° isti olacaq
Sarayda keyfiyyətsiz yuyucu toz və şampun hazırlayan gizli sex aşkarlanıb
Bir sıra banklara aid konfidensial məlumatlara giriş ödənişsizdir
Faktiki hava: Bəzi yerlərə yağış, "Şahdağ"a isə qar yağıb
Avropa Kuboku:Qrup hərəkətləri komandamız III yeri tutub
FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kuboku davam edir
Azərbaycan nefti 85,27 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb
Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb
“Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!
Avropa Komissiyası Gürcüstana xəbərdarlıq etdi
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb
Əfv Komissiyasının bu günə planlaşdırılan iclası təxirə salınıb
Parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verildi
"Bakcell" çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi
Xəbərdarlıq:Şimşək çaxacaq,dolu düşəcək,temperatur 8° aşağı enəcək
Noyabrda parlament seçkiləri olmalıdır-Məzahir Pənahov
Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 10-a çatıb
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib
II Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək
Norveçli səyyahlar Şuşaya səfər ediblər