logo

Milli Gimnastika Arenası 3 Dünya kubokuna ev sahibliyi edəcək

11:55 15-01-2024 | icon 1554
Milli Gimnastika Arenası 3 Dünya kubokuna ev sahibliyi edəcək

Bakıda gimnastika üzrə üç Dünya Kuboku keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə  Azərbaycan Gimnastika Federasiyasından bildirilib. Qeyd edilib ki,  2024-cü ilin ilk mötəbər turniri fevralın 23-25-də batut gimnastikası və tamblinq üzrə olacaq.

Yarış Milli Gimnastika Arenasında(MGA) keçiriləcək.

Bundan əlavə, MGA, həmçinin, martın 7-10-da idman gimnastikası, aprelin 19-21-də isə bədii gimnastika üzrə Dünya Kubokuna da ev sahibliyi edəcək.