logo

Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 103 nəfər saxlanılıb

10:10 15-01-2024 | icon 721
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 103 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən iki gündə ölkə ərazisində törədilmiş 114 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin üstünün açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 44, o cümlədən borclu şəxs qismində axtarılan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 70, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 45 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 103 nəfər saxlanılıb.