logo

“Zaqreb Open”:Yunan-Roma güləşçimiz qızıl medal qazanıb

09:01 15-01-2024 | icon 1470
“Zaqreb Open”:Yunan-Roma güləşçimiz qızıl medal qazanıb

Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri başa çatıb.

YeniAvropa xəbər verir ki, yarışın son günündə yunan-Roma güləşi üzrə Azərbaycan millisinin 6 üzvü mübarizəyə qoşulub.

Ülvü Qənizadə (72 kiloqram) həlledici görüşdə macarıstanlı Levente Levaya (7:0) qalib gələrək qızıl medalın sahibi olub.

Nihat Məmmədli (60 kiloqram), Murad Əhmədiyev, Murat Lokyayev (hər ikisi 97 kiloqram), Beka Kandelaki və Sabah Şəriəti (hər ikisi 130 kiloqram) isə məşqçilər korpusunun etimadını doğrulda bilməyiblər.

Bununla da Azərbaycan güləşçiləri ilin ilk reytinq turnirinə 2 qızıl və 5 bürünc medalla yekun vurublar.