logo

Bakının bəzi yollarında sıxlıq müşahidə edilir

09:09 15-01-2024 | icon 693
Bakının bəzi yollarında sıxlıq müşahidə edilir

Bakıda hava şəraiti ilə əlaqədar bir neçə küçə və prospektdə yollarda sıxlıq müşahidə edilir.

Daxili İşlər Nazirliyindən YeniAvropa-ya bildirilib ki, avtomobillərin və yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün müvafiq tədbirlər görülür. Nazirliyin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən tədbirlər görülməsi üçün çevik məlumatlandırma təmin edilir.

Hazırda:

1. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

2. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

3. Koroğlu Rəhimov küçəsi, Akademik Həsən Əliyev küçəsi istiqamətində;

4. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində sıxlıq müşahidə olunur.