logo

İndiyədək 20 mindən artıq müşahidəçi qeydiyyatdan keçib- Məzahir Pənahov

16:32 13-01-2024 | icon 868
İndiyədək 20 mindən artıq müşahidəçi qeydiyyatdan keçib- Məzahir Pənahov

Növbədənkənar prezident seçkilərini izləmək məqsədilə qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məlumat verilib.

MSK sədri Məzahir Pənahov bildirib ki, indiyə qədər 20 500-dən çox müşahidəçi qeydiyyatdan keçib. Həmin müşahidəçilərin 18 159-u dairə seçki komissiyalarında qeydiyyatdan keçənlərdir.