logo

Ukrayna və Britaniya təhlükəsizlik sahəsində saziş imzalayıblar

22:52 12-01-2024 | icon 1953
Ukrayna və Britaniya təhlükəsizlik sahəsində saziş imzalayıblar

Ukrayna prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın baş naziri Rişi Sunak təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq sazişi imzalayıblar.

YeniAvropa xəbər verir ki,  “Ukrayna ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” bu gün Kiyevdə keçirilən danışıqlardan sonra iki ölkə liderləri tərəfindən imzalanıb.

Sənədlərə əsasən, rəsmi London Kiyevlə kəşfiyyat məlumatlarını mübadilə edəcək, kibertəhlükəsizlik, hərbi təlimlərə kömək edəcək və müdafiə-sənaye əməkdaşlığını gücləndirəcək. Bu saziş NATO-nun Vilnüs sammitində Ukrayna, “Yeddilik” qrupunun üzvləri və onlara qoşulan dövlətlər arasındakı razılaşmaları həyata keçirən təhlükəsizlik müqavilələri arasında ilkdir. Belə ki, Böyük Britaniyanın bu sənəd üzrə təhlükəsizlik öhdəlikləri Ukrayna NATO-ya daxil olana qədər qüvvədə olacaq. Onun qüvvədə olma müddəti müqavilədə müəyyən edilir (uzadılma imkanı ilə on il). Lakin Ukrayna NATO-ya müddət bitməmiş üzv olarsa, təhlükəsizlik öhdəlikləri sona çatacaq və NATO sisteminə daxil ediləcək.

V.Zelenski bildirib ki, Britaniyanın bu sənəd üzrə öhdəlikləri Ukrayna NATO-ya daxil olana qədər qüvvədə qalacaq.