logo

Həndbolçularımız Avrokuboklarda ilk oyununu keçiriblər

12:16 16-09-2018 | icon 2996
Həndbolçularımız Avrokuboklarda ilk oyununu keçiriblər

Azərbaycanın qadın həndbolçulardan ibarət “Azərsu” komandası Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda yarışlarda ilk oyununu keçirib.

YeniAvropa xəbər verir  ki, EHF-in rəsmi saytına istinadla xəbər verir ki, təmsilçilərimiz turnirin birinci təsnifat mərhələsində Polşanın “Metrako Zaqlebie Lubin” komandası ilə qarşılaşıb. “Hala Vidoviskovo Sportova” arenasında keçirilən matç meydan sahiblərinin 27:21 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanı ukraynalı hakimlər Anatoli Novikov və Valeri Rozkov idarə ediblər. EHF nümayəndəsi isə belaruslu Siarhei Kot olub.

Komandalar arasında cavab qarşılaşması sentyabrın 16-da, əvvəlcədən razılaşdırıldığı kimi, Polşada keçiriləcək.