logo

Jakip Asanov Azərbaycanda seçkilərini izləyəcək MDB PA-nın missiyası rəhbəri olacaq

17:17 12-01-2024 | icon 2254
Jakip Asanov Azərbaycanda seçkilərini izləyəcək MDB PA-nın missiyası rəhbəri olacaq

Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində MDB Parlamentlərarası Assambleyasından (PA) olan müşahidəçilər missiyasına Qazaxıstan parlamenti Senatının sədr müavini Jakip Asanov rəhbərlik edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə MDB PA Şurası katibliyinin mətbuat xidməti məlumat yayıb.

J.Asanovun namizədliyi Qazaxıstan parlamentinin Senatı tərəfindən irəli sürülüb.

“Hazırda MDB PA-ya üzv ölkələrin parlamentlərinin nümayəndələrindən və rəsmi şəxslərindən, həmçinin Demokratiyanın İnkişafının Monitorinqi Beynəlxalq İnstitutunun ekspertlərindən ibarət müşahidəçilər qrupu formalaşdırılır. Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın dəvəti ilə növbədənkənar prezident seçkilərinin monitorinqində MDB PA-dan olan beynəlxalq müşahidəçilər iştirak edəcək”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri 2024-cü il fevralın 7-də keçiriləcək.